пятница, 10 апреля 2009 г.



ASTRALOGİYA NƏDİR?

GƏLƏCƏK TƏXMİN EDİLƏ BİLƏRMİ?
Gələcək təxmini adı ilə nəzərdə tutulan, gələcək bir zamanda yaşanacaq hadisəni təxmin etməksə, bunu edən adamın adı kahindir. İqtisadçılar, birjaçılar, meteoroloqlar bir mənada gələcəyi təxmin etməyə çalışar. Bu kəslərin istifadə etdiyi metod, keçmiş trend və dövrləri əsas götürərək edilən analizlərdir.
Astroloqlar da eyni şəkildə kainatın trendlerini və dövrlərini əsas götürərək gələcək haqqında şərh edə bilər. Ancaq fırtına birdən yavaşlaya bilər, şirkətin baş müdüri infarkt keçirə bilər, iqtisadiyyatda gözlənilməz bir hadisə ola bilər... Astroloqlar da təxminlərində yanıla bilər. Metodu nə olursa olsun kimsə gələcəyi yüz faiz təxmin edə bilməz.
Bir astroloq sizə, "Yeni iş qurmaq üçün bu dövr, bu dövrdən daha yaxşıdır" və ya "Yaz sonu yeni bir eşq ehtimalı ola bilər" dediyi zaman, bu ehtimalı reallaşdırıb reallaşdırmamaq sizin əlinizdədir. Bu, yüzdə yüz yeni işiniz və ya yeni eşqiniz olacaq demək deyil. Təbiətin enerjisi o dövrə daha uyğundur və bunu istifadə etmək adamın öz iradəsindədir. Eyni vəziyyət kollektiv sahədə də etibarlıdır. Astrologiya, məsələn bir cəmiyyətin yaşadığı ağrılı hadisəsni əvvəldən təxmin etmək yerinə, "Necə bir mühitdə və vaxtda yaşayırıq?" sualına cavab verə bilər. Bu mühitin doğuracağı hadisələr isə naməlumdur.

ASTROLOGİYANIN MƏNTİQİ
"Biz müəyyən bir vaxtda, müəyyən bir yerdə doğulduq və eynilə köhnəlmiş bir şərab kimi, doğulduğumuz ilin və mövsümün xüsusiyyətlərini daşıyırıq. Astrologiya bundan başqa bir şey iddia etməz..."
-Carl Jung (psixiatr/Psixanalist)
Astrologlardan tez-tez soruşulan sual, planetlərin insanlar üzərində bir təsiri olub olmadığıdır. Təəssüf ki, vərdiş etdiyimiz bu tip bir düz məntiq, astrologiya üçün etibarlı deyil. Qısaca, insanlarla planetlər arasında görülməyən güclər və ya bir cazibə qüvvəsi yoxdur. Astrologiyanın təməli, kainatın bir bütün olduğunu qəbul etməyə söykənir. O anın enerjisi; planetlərdə, təbiətdə və insanlarda eyni təsiri yaradar. Yalnız minlərlə illik məlumat təcrübəsi antik çağlardakı insanların müqəddəs qəbul etdiyi səmaya əks etdirilmişdir. Onlar dənizdəki dalğa köpüklərini də bu qədər tədqiq etmiş olsaydılar, bu gün köpükləri də oxuya biləcək məlumat təcrübəmiz ola bilərdi.

ASTROLOGİYANIN DƏYƏRİ
Astrologiyanın insanlara verdiyi ən böyük dəyər, doğulduğu anın izlərinə baxaraq insanın öz mənliyini anlamağa verdiyi köməkdir. Astroloqlar doğum xəritəsini şərh edərək sizə, məsələn niyə eyni növ əlaqələrin içinə girdiyinizi, niyə həmişə çalışdığınız kəslərin sizə təzyiq etmək istədiyini, niyə seksual ehtiyaclarınızın təmin edilə bilmədiyini, niyə həmişə özünüzü borca soxduğunuzu, niyə uşaq sahibi olmaq və ya olmamaq mövzusundakı qərarı verə bilmədiyinizi anlamanıza kömək edə bilər.
İç dünyamızı, daha doğrusu şüuraltımızı anladıqdan sonra, inkişaf edən hadisələrə süründürülmək yerinə öz seçimlərimizi edə bilərik. Daha əvvəl bizi üzən növdə bir hadisəyə artıq fərqinə vararaq yaxınlaşa bilərik. Astrologiya bizə bu fərqindəolmağı və seçim şansını verir. Onun verdiyi baxış açısı ilə qədərimiz üçün ulduzları günahlandırmaq yerinə, həyatımızın məsuliyyətini əlimizə ala bilərik.

FIRUDIN QURBANSOY (1954) Qurbansoy Firudin ƏIiağa oğlu


FIRUDIN QURBANSOY (1954)
Qurbansoy Firudin ƏIiağa oğlu - nasir, dramaturq, ədəbiyyatşünas, Azarbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi (1985).

1954-cü il fevralın 10-da Azarbaycanda Baki şəhərində anadan olmuşdur. Burada 161 saylı şəhər orta məktəbini (1971), sonra 8 saylı texniki-peşə məktəbini bitirmişdir (1972). Azərbaycan Dövblət Pedaqoji ins-titutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsində təhsil almışdır (1972-1977). Əmək fəaliyyətinə tayinatla göndərildiyi Quba rayonunda müəllimliklə başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1979). Azarbaycan Elmlər Akade¬miyasının Nizami adına ədəbiyyat institutunun aspiranturasında təhsilini davam etdirmişdir (1980-1985). "Məhəmməd Füzulinin şer sənətində poetik obraz və bədii ifadə vasitələri» mövzusunda namizədlik disser¬tasiyası müdafiə etmişdir (1985). Ədəbi yaradıcılıqa tələbəlik illərindən başlamışdır. Elmi məqalələri Türkiyə, İran, Özbəkistan və başqa ölkələrdə dərc olunub. Ortaçağ Şərq mədəniyyətini öyrənərkən, gizli elmlərin əsaslərı ilə tanış olmuşdur. Astrologiya elmi ilə 1988-ci ildən məşğul olur. Həmin ildə radio da “Münəccim” adlı radio verilişi çıxıb. 2004-2005-ci illər arası 366 gün “Lider” kanalında bu verilişin tele versiyası efirə çıxıb.
2002-ci ildən etibarən, onun hər il işıq üzü görən illik və gündəlik öncəgörmələri astrologiya həvəskarları arasında geniş populyarlıq qazanıb.